İranın XİN rəhbəri: "ABŞ-ın qərarı təhlükəlidir"

İranın XİN rəhbəri: "ABŞ-ın qərarı təhlükəlidir"
  14 May 2018    Oxunub:986
“Beynəlxalq qaydaların pozulması ABŞ üçün vərdişə çevrilib”
AzVision.az xəbər verir ki, bunu İranın xarici işləri Məhəmməd Cavad Zərif Rusiyalı həmkarı Sergey Lavrovla bu gün keçirdiyi görüşdə deyib.

“Təəssüf ki, beynəlxalq qanun və qaydalara qarşı etiraz Birləşmiş Ştatalar hökuməti üçün bir növ vərdişə çevrilib. ABŞ-ın Hərtərəfli müştərək fəaliyyət planından rəsmən çıxmasından sonra qərar verdik ki, İranın nüvə sazişi ətrafındakı vəziyyəti sənədin digər iştirakçılarilə müzakirə etmək üçün bizə müəyyən vaxt lazımdır” – deyə Cavad Zərif bildirib.

O, həmçinin, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürmək qərarını da tənqid edərək, bunu təhlükəli addım adlandırıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   XİN  





Xəbər lenti