Rusiya ABŞ-la əlaqələri kəsdi

Rusiya ABŞ-la əlaqələri kəsdi
  14 May 2018    Oxunub:1924
"Rusiya Ukraynadakı vəziyyətə dair ABŞ-la ikitərəfli əlaqələrinə ara verir"

AzVision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin məlumat verib. “İndi bizim təmaslarımızda müəyyən ara verilib” – deyə Karasin vurğulayıb.
Nazir müavini bunun uzun çəkməyəcəyinə ümid etdiyini və Rusiyanın təmasların bərpa olunmasında maraqlı olduğunu bildirib. Karasin, həmçinin, münasibətlərin bərpa olunması üçün hər iki tərəfin istəyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volkerin bu gün Donbassa səfər edəcəyini açıqlayıb. Poroşenko bildirib ki, Rusiya Ukrayna üzrə Minsk razılaşmaları və sülhməramlılar məsələsinin də yer alacağı “yol xəritəsi”nin dəqiq tətbiq edilməsini nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini dəstəkləməlidir.

AzVision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti