“İtmiş” asteroid Yer kürəsinə yaxınlaşır

“İtmiş” asteroid Yer kürəsinə yaxınlaşır
  14 May 2018    Oxunub:1268
“İtmiş” asteroid 2010 WC9 Yer kürəsinə yaxınlaşır.
AzVision.az xəbər verir ki, bu barədə EarthSky və Northolt Branch Britaniya müşahidə mərkəzinin əməkdaşları məlumat yayıb.

2010 WC9 asteroidi ilk dəfə 2010-cu ilin 30 noyabrında Arizonadakı Katalin səma müşahidə aparatı ilə aşkar edilib. Lakin sonra asteroid baxış zonasından itdiyinə görə, astronomlar bu kosmik obyekti yalnız həmin ilin 1 dekabrınadək müşahidə edə biliblər. Üzərindən 8 ildən keçdikdən sonra Amerika müşahidə mərkəzinin əməkdaşları 2010 WC9 asteroidinin yerini yenidən müəyyənləşdirməyə nail olublar. Bu kosmik obyektin Yer kürəsinin səma qatı ilə yaxınlaşması 16 may, Bakı vaxtilə gecə saat 00:05-də baş verəcək.

2010 WC9 asteroidi Yerdən 203 min kilometr məsafədən keçəcək, sürəti isə saatda təqribən 46 min kilometr olacaq. Asteroidin diametri 60-130 metr civarında dəyişir.

Bildirilir ki, 2010 WC9 asteroidi Yer kürəsinə kifayət qədər yaxınlaşacaq, lakin toqquşma təhlükəsi olmayacaq.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Asteroid   Yer-Kürəsi  





Xəbər lenti