Paşinyan Soçidə Putinlə görüşdü

Paşinyan Soçidə Putinlə görüşdü
  14 May 2018    Oxunub:1906
Ermənistanın yeni seçilən baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin başçılarının sammiti çərçivəsində bu gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Görüşün detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl Paşinyan Modova prezidenti İqor Dodonla görüşüb. Dodon Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Paşinyan   Putin   Soçi  





Xəbər lenti