Ərəb dövlətləri ABŞ-a qarşı birləşir

Ərəb dövlətləri ABŞ-a qarşı birləşir
  14 May 2018    Oxunub:1308
Ərəb Dövlətləri Liqası ABŞ-ın İsraildəki səfirliyini qanunsuz olaraq Qüdsə köçürməsi məsələsini müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə Misirin MENA xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, toplantı mayın 16-da, üzv ölkələrin Ərəb Dövlətləri Liqasındakı daimi nümayəndəlikləri səviyyəsində keçiriləcək və Vaşinqtonun qərarına qarşı əks tədbirlər barədə fikir mübadiləsi aparılaraq, mümkün addımlar nəzərdən keçiriləcək.

Qeyd edək ki, bu gün ABŞ İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürür.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Qüds   Ərəb-Liqası  





Xəbər lenti