Britaniya səfirliyini Qüdsə köçürməyəcək
Məlumatda həmçnin vurğulanır ki, rəsmi London ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini ora köçürməsi qərarı ilə razılaşmır.
Qeyd edək ki, dünyanın əksər ölkələri hesab edir ki, müsəlmanlar, xristianlar və yəhudilər üçün müqəddəs olan Qüds şəhərinin statusu yekun sülh anlaşması ilə müəyyənləşdirilməlidir. Səfirliklərin köçürülməsi isə bu cür sülh razılaşmasının reallaşmasına kölgə salır və Yaxın Şərqdəki gərginliyi daha da artırır.
Xatırladaq ki, ABŞ-la yanaşı, Qvatemala da səfirliyini Qüdsə köçürmək qərarı verib. Bu proses rəsmi şəkildə mayın 16-da həyata keçiriləcək. Mayın sonunda isə Paraqvay da oxşar addım atacaq.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: Qüds Böyük-Britaniya







Vaxtında, Aydın, Lazımlı!


