Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları artırdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları artırdı
  14 May 2018    Oxunub:1267
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirərək daha 5 fiziki şəxsin adını siyahıya salıb. Onlar Krım və Sevastopolun seçki komissiyalarının əməkdaşlarıdır.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki diplomatik mənbə məlumat verib.

Mənəbə sanksiyaların səbəbi kimi martın 18-də Krımda da Rusiya prezidenti seçkilərinin keçirilməsini göstərib. Bildirib ki, sanksiyalar sabah dərc olunduqdan sonra rəsmən qüvvəyə minəcək.

Bu addımı qeyri-konstruktiv adlandıran Rusiya Mərkəzi Seçki Komissiyası Avropa siyasi isteblişmentini baş verən hüquqi və obyektiv siyasi hadisələri qəbul edə bilməməkdə ittiham edib. Bildirilib ki, Krım əhalisinin səsvermədə iştirakı nəinki ölkə Konstitusiyasına, həmçinin beynəlxalq standartlara cavab verib.

Qeyd edək ki, daha öncə Ukraynanın ərazi bütövlüyünün pozulmasına görə Avropa ittifaqının Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyi bildirilirdi.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Avropa-İttifaqı   Rusiya   Sanskiya  





Xəbər lenti