Ərdoğan: “ABŞ Yaxın Şərqdə vasitəçi rolunu itirdi”

Ərdoğan: “ABŞ Yaxın Şərqdə vasitəçi rolunu itirdi”
  14 May 2018    Oxunub:1091
“Qüdsü İsrailin paytaxtı kimi tanıdığına görə, ABŞ Yaxın Şərqdə vəziyyətin nizamlanması üzrə vasitəçi rolunu itirdi”
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Biz BMT qətnamələri və beynəlxalq hüququ pozan bu qərarı bir daha rədd edirik. Özümüzü elə hiss edirik ki, sanki hələ də İkinci Dünya Müharibəsi illərindəki qaranlıq günlərdə yaşayırıq”, - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, İsraillə sərhəd Qəzza zolağına toplaşan 10 mindən çox fələstinli Vaşinqtonun İsraildəki səfirliyini Qüdsə köçürməsinə qarşı etiraz aksiyası keçirir. İsrail ordusunun açdığı atəş nəticəsində 37 fələstinli ölüb, 1700 nəfər yaralanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   Qüds  



Xəbər lenti