“Ölkə vətəndaş qarşıdurması astanasındadır” - Marqvelaşvili

“Ölkə vətəndaş qarşıdurması astanasındadır” - Marqvelaşvili
  14 May 2018    Oxunub:1078
Hüquq-mühafizə orqanlarının gecə klublarında əməliyyat apararaq narkotik satıcılarını tutmasına qarşı Tbilisidə keçirilən etiraz aksiyaları səbəbindən ölkə vətəndaş qarşıdurması astanasındadır.
AzVision.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib.

“Bir neçə saat ərzində necə etmək olur ki, az qala vətəndaş qarşıdurması astanasına gəlib çataq? Bu günlərdə cəmiyətimiz həm siyasi, həm də inzibati fəaliyyətin tam çöküşü, həmçinin reyd və xüsusi əməliyyatlarla davam edən digər səhvlərə şahidlik etdi” - deyə Marqvelaşvili bildirib.

Onu sözlərinə görə, hakimiyyətin məqsədi söz və ifadə azadlığını qorumaqla yanaşı, həm də paytaxt küçələri və ictimai-siyasi proseslərdə asayişə riayət olunmasını təmin etməkdir.

Qeyd edək ki, 12 mayda Gürcüstan gecə klublarında əməliyyat keçirilib. Əməliyyat nəticəsində 8 narkotik satıcısı tutulub. Bununla yanaşı, klublarda ümumilikdə 70 nəfər həbs olunub. Lakin etiraza qalxan əhalinin təzyiqi ilə həbs olunan 70 nəfər azadlığa buraxılıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti