Etirazlara baxmayaraq ABŞ səfirliyi Qüdsə köçürüldü

Etirazlara baxmayaraq ABŞ səfirliyi Qüdsə köçürüldü
  14 May 2018    Oxunub:3072
Qüdsdə (Yerusəlim) ABŞ-ın İsraildəki səfirliyinin açılış mərasimi keçirilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibinin müavini Con Sallivan çıxış etdikdən sonra ABŞ Prezidenti Donald Trampın video-müraciəti nümayiş etdirilib.

Daha sonra Trampın kürəkəni və müşaviri Cared Kuşner, İsrail prezidenti Reuven Rivlin və Baş nazir Benyamin Netanyahu çıxış ediblər.

Səfirliyin binası yaxınlığında qoyulmuş daş üzərində ABŞ gerbi, Tramp və ABŞ-ın vitse-prezidenti Mayk Pensə təşəkkür yazısı əks olunub.

Qeyd edək ki, səfirliyin açılışı fələstinlilərlə İsrail polisinin toqquşmaları ilə müşayiət olunur. Artıq toqquşmalarda 37 fələstinli həlak olub, 1500-ü yaralanıb.

AzVision.az





Teqlər: Qüds   ABŞ  





Xəbər lenti