"Əl-Qaidə" müsəlmanları ABŞ-a qarşı cihada çağırdı

"Əl-Qaidə" müsəlmanları ABŞ-a qarşı cihada çağırdı
  14 May 2018    Oxunub:2153
Əl-Qaidə terror təşkilatının lideri Ayman əl-Zəvahri uzun aylardan sonra ilk dəfə video müraciətlə çıxış edərək, bütün müsəlmanları Qüdsdə səfirlik açdığına görə ABŞ-a qarşı cihada çağırıb.
AzVision.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, “Təl-Əviv də müsəlman torpağıdır” başlıqlı 4 dəqiqə 43 saniyəlik müraciətdə Ayman əl-Zəvahri Fələstin administrasiyasını da barışığa meylli siyasətinə görə tənqid edib.

Bildirib ki, müasir dövrün xaçpərəsti olan Trampla barışıq mövqeyi ilə deyil, səfərbərlik və cihad yolu ilə mübarizə aparmaq lazımdır. O, həmçinin, bütün müsəlman ölkələrinin BMT nizamnaməsini imzalamaqla İsrailin suverenliyini tanıdıqlarını, bununla da fələstinlilərə xəyanət etdiklərini vurğulayıb.

“Bir çoxları, hətta İsraillə açıq, yaxud gizli münasibətlər quraraq Qüdsün İsrail paytaxtı olmasını qəbul edib. Halbuki, Qüds həm də müsəlmanların torpağıdır və yalnız yəhudilərə verilə bilməz” – deyə Zəvahri söyləyib.

O, əmin edib ki, Məhəmməd peyğəmbərin torpaqlarını sonuncu kafir tərk etməyənədək sakitləşməyəcək.

Xatırladaq ki, Əl-Qaidə terror təşkilatının lideri Ayman əl-Zəvahri sonuncu dəfə fevral ayında misirliləri martda prezident seçkiləri keçirilməzdən əvvəl hökuməti devirməyə çağıraraq video yaymışdı.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əl-Qaidə   ABŞ   Cihad  





Xəbər lenti