Çexiya Qüdsdə diplomatik nümayəndəlik açır

Çexiya Qüdsdə diplomatik nümayəndəlik açır
  14 May 2018    Oxunub:1105
Çexiya Qüdsdə fəxri konsulluq və "Çexiya Evi" açacaq.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Çexiyanın baş naziri Andrey Babiş "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, mayın sonunadək Çex Respublikası Qüdsdə fəxri konsulluq açacaq: "Mən buna görə çox şadam. Bundan əlavə, ilin sonunadək Qüdsdə ticarət, iqtisadi və mədəni tədbirlər üçün nəzərdə tutulan "Çexiya Evi"ni açsaq, bu, çox sevindirici hal olar", - baş nazir yazıb.

Qeyd edək ki, beynəlxalq ictimaiyyətin etirazlarına baxmayaraq, bu gün ABŞ-ın İsraildəki səfirliyi Təl-Əvivdən Qüdsə köçürülüb.

AzVision.az


Teqlər: Çexiya   Qüds  





Xəbər lenti