Nazarbayev Xəzəri Qara dənizlə birləşdirmək istəyir

Nazarbayev Xəzəri Qara dənizlə birləşdirmək istəyir
  15 May 2018    Oxunub:2274
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinə Qara və Xəzər dənizləri arasında kanalın tikilməsini təklif edib.

AzVision.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, Nazarbayev bununla bağlı AİB ölkələrinin toplantısında məsələ qaldırıb.
“Qara və Xəzər dənizlərini birləşdirən Avrasiya kanalının tikintisi perpektivli layihə ola bilər”, - Nazarbayev çıxışında deyib.

Qazaxıstan lideri bundan əlavə Avropa və Asiyanı birləşdirəcək yüksəksürətli Avrasiya magistral yolunun tikilməsinə dair təklif irəli sürüb.

AzVision.az


Teqlər: Nazarbayev   Qazaxıstan  





Xəbər lenti