Fələstin lideri ABŞ və İsrailə meydan oxudu

Fələstin lideri ABŞ və İsrailə meydan oxudu
  15 May 2018    Oxunub:1163
Fələstin lideri Mahmud Abbas ABŞ və İsrailə meydan oxuyub.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Mahmud Abbas bu gün Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib, mübarizənin davam edəcəyini bəyan edib.

"Bu torpaqlar bizimdir. Bizim atalarımız torpağıdır. Xalqımız heç vaxt mübarizədən geri çəkilməyəcək. ABŞ bu hərəkəti ilə özünü sülh danışıqlarından təcrid etdi. Bundan son ABŞ-ın vasitəçiliyi qəbuledilməzdir", - deyə M.Abbas vurğulayıb.

Qeyd edək ki, Qəzza bölgəsində ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərlə İsrail ordusu arasında toqquşmalarda ölü sayı getdikcə artır. Son məlumatlara görə, qarşıdurma zamanı 52 nəfər ölüb, 2410 nəfər yaralanıb.

AzVision.az


Teqlər: Fələstin   Mahmud-Abbas  





Xəbər lenti