BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı

BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı
  15 May 2018    Oxunub:1093
Küveyt dövləti Qəzza sektorunda etiraz aksiyalarının qarşısının İsrail tərəfindən sərt müdaxilə tədbirləri ilə alınması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi qərarına Qəzza sektorunda ciddi etirazlar edən fələstinlilərə qarşı İsrail əsgərlərinin açdığı atəş nəticəsində 52 nəfər həlak olub. Yaralananların sayı isə 2410-a çatıb.

Qeyd edək ki, bu gün ABŞ-ın Qüdsdəki səfirliyinin açılış mərasimi keçirilib.

AzVision.az


Teqlər: BMT   Qüds  





Xəbər lenti