Britaniya Qüds məsələsində Trampa qarşı çıxdı

Britaniya Qüds məsələsində Trampa qarşı çıxdı
  15 May 2018    Oxunub:1785
Böyük Britaniya ABŞ-ın İsraildəki səfirliyinin paytaxt Tel-Əvivdən Qüdsə köçürülməsini dəstəkləmir.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Tereza Meyin nümayəndəsi hökumətin adından məlumat yayıb.

"Britaniya Trampın Qüds qərarını dəstəkləmir. İsraildəki səfirliyimizi Qüdsə köçürmək niyyətimiz yoxdur", -deyə açıqlamada bildirilib.

Həmçinin qeyd edilib ki, Britaniya rəhbərliyi Qəzza zolağında fələstinlilərin ölü ilə nəticələnən toqquşmalardan narahatdır.

AzVision.az


Teqlər: Britaniya   Tereza-Mey   Tramp  



Xəbər lenti