Türkiyədə 3 gün matəm elan edildi - Səfirlər geri çağırıldı

Türkiyədə 3 gün matəm elan edildi - Səfirlər geri çağırıldı
  15 May 2018    Oxunub:22221
Rəsmi Ankara ABŞ və İsraildəki səfirlərini Türkiyəyə geri çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ açıqlama verib.

O, bildirib ki, Qəzza zolağında baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 gün matəm elan edilib.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsi qərarına etiraz edən fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşmalar olub. Qəzzada baş verən qarşıdurma nəticəsində 55 fələstinli həlak olub, 2771 nəfər yaralanıb.

AzVision.az


Teqlər: Türkiyə   Matəm  





Xəbər lenti