111 yaşlı Maral səs verdi
Bu ağbirçək bildirmişdir ki, mən istədiyim namizədə səs verdim. Məntəqədə çox yaxşı şərait yaradılıb. Mənim 111 yaşım var və indiyədək çox seçkilərdə iştirak etmişəm. Bugünkü seçkilərdəki fəallıq məni çox sevindirdi. Qocada, cavanda seçkilərdə fəal iştirak edir, sərbəst şəkildə səslərini verirlər.
Ömrünün bu yaşında seçkidə iştirak etmək hər adama qismət olmur. Buna görə özümü xoşbəxt hiss edirəm. Hamıya məsləhət görürəm ki, mənim kimi məntəqələrə gəlib səs versinlər.