Makron Qəzzada baş verənlərə görə İsraili qınadı

  15 May 2018    Oxunub : 444
Makron Qəzzada baş verənlərə görə İsraili qınadı
Fransa prezidenti Emmanuel Makron Qəzza zonasında İsrail ordusunun fələstinliləri öldürməsini qınayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Makron bu barədə Fələstin lideri Mahmud Abbas və İordaniya kralı II Abdullahla telefon danışığında deyib.

“Bu gün və son həftələrdə İsrail hərbçiləri tərəfindən sivil fələstinlilərə qarşı həyata keçirilən hücumları qınayıram. Fələstinlilərin azadlıq və təhlükəsizlik hüququları var”, - deyə Makron bildirib.

Fransa prezidenti, həmçinin, qarşıdakı günlərdə fələstinlilərin keçirəcəyi aksiyaların dinc xarakterli olmasının vacibliyini dilə gətirib.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasının bir cavabı olacağına dair daha öncə xəbərdarlıq etmişdim” – deyə Fransa prezidenti xüsusilə vurğulayıb.

Makron regionda məsələ ilə bağlı məsuliyyət daşıyan bütün tərəflərlə, o cümlədən İsrail baş naziri Benyamin Netanyahu ilə danışacağını deyib.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Fransa   Makron