Şimali və Cənubi Koreya yenidən danışıqlara başlayır

Şimali və Cənubi Koreya yenidən danışıqlara başlayır
  15 May 2018    Oxunub:1153
Cənubi Koreya Şimali Koreyanın yüksək səviyyəli görüşlər keçirməklə danışıqlara başlamaq təklifini qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rəsmi Seul mayın 16-da sərhədyanı Pxanmuncom məntəqəsində Pxenyanla yüksək səviyyədə danışıqlar aparmağa razılıq verib. Şimali Koreyadan isə cavab verilib ki, danışıqlara 29 nəfərdən ibarət nümayəndə heyəti göndərəcəklər.

“Renhap” agentliyinin məlumatına görə, idman və iqtisadiyyat sahəsində çalışan məmurların, o cümlədən jurnalistlərin də daxil olacağı heyətə Şimali Koreyanın Sülh üzrə birləşmə komitəsinin sədri rəhbərlik edəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Şimali-Koreya   Cənubi-Koreya  





Xəbər lenti