ABŞ Suriya üzrə Astana formatını qəbul etmir

ABŞ Suriya üzrə Astana formatını qəbul etmir
  15 May 2018    Oxunub:1139
ABŞ Suriyada gərginliyin azaldılmasını alqışlayır, lakin bu ölkədəki vəziyyətin nizamlanması məsələsində Cenevrə prosesinə diqqət ayırmağa üstünlük verir.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Qazaxıstandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər.

“Suriyadakı zorakılığın real olaraq azaldılmasına yönələn istənilən təşəbbüsü alqışlamaqla yanaşı, bizim diqqətimiz Cenevrə prosesinə və bu format çərçivəsində danışıqların əhəmiyyətli inkişafına yönəlib” – deyə məlumatda bildirilib.

Qeyd edək ki, dünəndən etibarən Suriya üzrə Astana danışıqlarının növbəti raundu keçirilir. Bəşər Əsəd hökuməti, Suriyada atəşkəsə qarant ölkələr – Rusiya, İran və Türkiyə nümayəndə heyəti, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi görüşlərdə iştirak edirlər. Bu gün isə Əhməd Tomanın rəhbərliyi ilə Suriya silahlı müxalifətinin 24 nəfərlik nümayəndə heyəti də danışıqlara qatılacaq. ABŞ isə Astana formatı çərçivəsində bu dəfəki danışıqlarda iştirakdan imtina edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Suriya   Astana  





Xəbər lenti