`Exit-poll`: İlham Əliyev 83, 89 faiz toplayıb

`Exit-poll`: İlham Əliyev 83, 89 faiz toplayıb
  10 Oktyabr 2013    Oxunub:932
QHT Əməkdaşlıq Alyansı Azərbaycanda prezident seçkiləri ilə əlaqədar əhali arasında keçirdiyi "exit-poll"-un ilkin nəticələrini açıqlayıb.

Bununla bağlı Müstəqil Mətbuat Mərkəzində yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Alyansın həmsədri Rufiz Qonaqov bildirib ki, aparılan sorğular nəticəsində Azərbaycanın hazırki dövlət başçısı, YAP-ın prezidentliyə namizədi İlham Əliyev 83, 89 faiz səslə seçkilərdə qalib gəlib.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 1,88 faiz, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc 0,98 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev 1,30 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 0,79 faiz, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə 0,71 faiz, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev 0,63 faiz, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli 8,20 faiz, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov 0,95 faiz, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu 0,67 faiz səs toplayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti