Ermənistanda milyarderin işçiləri etiraz edir

Ermənistanda milyarderin işçiləri etiraz edir
  15 May 2018    Oxunub:919
"Çiçəklənən Ermənistan" partiyasının lideri, milyarder Qaqik Tsarukyana məxsus Ararat sement zavodunun yüzlərlə işçisi etiraz aksiyası keçirir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işçilər maaşların vaxtında verilməsini, əmək haqlarının artıırılmasını tələb edirlər.

Aksiya iştirakçıları şəxsən Qaqik Tsarukyanla görüşmək istədiklərini bildiriblər. Zavodun direktoru Manuk Arakelyan işçiləri sakitləşdirməyə çalışsa da, onun cəhdi uğursuz olub.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər:





Xəbər lenti