Putin Makronla Trampın qərarını müzakirə edib
“Vladimir Putin və Emmanuel Makron Suriya böhranının tənzimlənməsi məsələsinə dair fikir mübadiləsi aparıblar. Prezidentlər, həmçinin, ABŞ-ın İranın nüvə proqramı üzrə hərtərəfli müştərək fəaliyyət planından birtərəfli qaydada çıxmasından sonra yaranan vəziyyətə xüsusi diqqət ayırıblar. Hər iki dövlət başçısı bu razılaşmanın yerinə yetirilməsinin tərəfdarı olduğunu təsdiqləyib” – deyə məlumatda qeyd olunub.
Bundan əlavə söhbət zamanı Makronun Peterburq beynəlxalq iqtisadi forumda iştirakı üçün Rusiyaya səfəri də müzakirə edilib.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


