Məmurlar Paşinyana qarşı təxribat hazırlayır

Məmurlar Paşinyana qarşı təxribat hazırlayır
  15 May 2018    Oxunub:1420
Ermənistanda məmurlar baş nazir Nikol Paşinyana qarşı təxribata start verib. Keçmiş maliyyə naziri Vardan Aramyan əvvəllər rəhbəri olduğu qurumun əməkdaşlarına ondan nümunə götürərək, ərizə yazıb işdən çıxmağı tövsiyyə edib.
AzVision.az “Haykakan jamanak”-a istinadən xəbər verir ki, Aramyan Paşinyanın baş nazir kimi bacarıqsız olmasını əsas gətirərək belə addımı atıb.

Keçmiş maliyyə naziri hesab edir ki, səriştəsiz və təyin olunduqları sahələrin mütəxəssisi olmayan gənc kadrların yığıldığı Paşinyan hökuməti tezliklə uğursuzluğa düçar olacaq və 2-3 aydan sonra əvvəlki hökumətdə təmsil olunanlar öz işlərinə qayıdacaqlar.

Eks-nazir, həm də Serj Sarkisyan hökumətindən qalan əvvəlki işçiləri köhnə ağalarına sadiq olmaqla Paşinyan hökumətinin işini pozmağa çağırıb.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti