“Happy Baku” MSK-dan üzr istədi
Proqram təminatının vaxtında və keyfiyyətlə istifadə edilməsinin mümkünlüyünü təmin etmək məqsədilə 15 gün əvvəl həmin proqramı Apple şirkətinə rəsmi təqdim etmək və onunla razılaşdırmaq tələblərinə də əməl edilib.
Proqramla iş uğurla başa çatdıqdan sonra onun dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə şirkətimiz tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilmiş və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat vermək unudulmuşdur. Apple şirkəti tərəfindən təsdiq edildiyindən proqram modulunda 9 oktyabra təyin edilmiş prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və bu ilki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilib. Bu isə istifadəçilər tərəfindən haqlı olaraq birmənalı qəbul edilməyib və seçkilərin imicinə kölgə salmaq niyyətində olan şəxslərə əlavə “arqument” verib.
Baş verənlərdən dərin təəssüf hissi keçirir, həmin vaxt proqrama yerləşdirilmiş məlumatların bu ilki seçkilərə heç bir aidiyyətinin olmamasını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi qeyd edir və yaranmış anlaşılmazlığa görə MSK-dan və istifadəçilərdən üzr istəyirik.