ABŞ BMT-nin Qəzza ilə bağlı qətnaməsinə veto qoyub

ABŞ BMT-nin Qəzza ilə bağlı qətnaməsinə veto qoyub
  15 May 2018    Oxunub:1397
ABŞ BMT Təhlükəsizlik Şurasının son günlər Qəzzada baş verən hadisələrin müstəqil şəkildə araşdırılmasını nəzərdə tutan kommünikesinin qəbuluna mane olub.
AzVision.az xəbər verir ki, bu barədə AFP agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Sənədin mətnində deyilir: “BMT Təhlükəsizlik Şurası dinc nümayiş keçirmək hüququndan istifadə edən fələstinli mülki şəxslərinin ölümündən kədərlənir və qəzəbini ifadə edir. Həmçinin, baş verənlərin müstəqil və şəffaf araşdırılmasına çağırış edir.”

BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ABŞ sənədin qəbuluna veto qoyub.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsilə bağlı 10 mindən çox fələstinlinin Qəzza zonasındakı etirazını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 59 fələstinli ölüb, 2771 nəfəri yaralanıb. ABŞ-ın bölgədə qarşıdurmaya gətirən bu addımının qarşısını almaq üçün Fələstin nümayəndə heyəti son həftələr bir neçə dəfə BMT TŞ-na müraciət etsə də, məsələ ilə bağlı hələ də xüsusi toplantı keçirilməyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: BMT   İsrail   Fələstin   ABŞ  





Xəbər lenti