“Münaqişənin həlli üçün danışıqlara hazırıq” - Məmmədyarov (Yenilənib)
Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.
Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.
***
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev özünün "Twitter" səhifəsində qeyd edib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.
"Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır" -deyə XİN rəsmisi vurğulayıb .
AzVision.az