"İran nüvə sazişindən çıxmayacaq" - Ruhani

"İran nüvə sazişindən çıxmayacaq" - Ruhani
  15 May 2018    Oxunub:1110
İran prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə razılaşması ölkəsinə fayda gətirdiyi təqdirdə, Tehran bu sazişdən irəli gələn öhdliklərinin icrasına davam edəcək.
AzVision.az IRNA agentliyinə istinadən xəbər verir ki, bunu Ruhani Estoniyanın İrana akkreditə olunan yeni səfiri ilə görüşündə deyib.

“İranın nüvə anlaşmasında iştirakını saxlamağa razılıq veməsinə dair yeganə şərti ondan tam həcmdə xeyir görməkdir” – deyə Ruhani bildirib.

İran prezidenti, həmçinin qeyd edib ki, ABŞ özünün pozucu və qeyri-rasional davranışları ilə digər ölkələrə ziyan vurur: “Avropa ittifaqı da daxil olmaqla, bütün ölkələr ABŞ-a qarşılıq göstərməlidir”

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də İranla nüvə sazişindən birtərəfli qaydada çıxdıqlarını elan edib. Bundan əlavə, Vaşinqton İrana qarşı maliyyə və enerji sanksiyalarını 60 -180 gün ərzində bərpa edəcəyini açıqlayıb. Bununla belə, Tramp bildirib ki, İranla yeni və “daha yaxşı” nüvə sazişi bağlamağa hazırdırlar.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İran   Ruhani  





Xəbər lenti