İsrail səfiri XİN-ə çağırıldı, nazir qəzəbləndi

İsrail səfiri XİN-ə çağırıldı, nazir qəzəbləndi
  15 May 2018    Oxunub:1192
İsrailin İrlandiyadakı səfiri Qəzzada baş verənlərlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
AzVision.az xəbər verir ki, bu barədə RTE agentliyi məlumat yayıb.

İsrail səfiri Zeev Bokara İrlandiya hökumətinin şikayəti çatdırılıb. Qeyd olunub ki, İrlandiya xarici işlər naziri Saymon Koveni İsrail hərbçilərinin Qəzzada fələstinliləri öldürməsinə görə qəzəbini ifadə edib.

Koveni, həmçinin, İsrail səfirini məlumatlandıraraq deyib ki, İrlandiya etiraz aksiyaları iştirakçılarının ölümü ilə əlaqədar BMT-nin rəhbərliyi altında müstəqil beynəlxalq araşdırma tələb edir.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsilə bağlı 10 mindən çox fələstinlinin Qəzza zonasındakı etirazını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 59 fələstinli ölüb, 2771 nəfəri yaralanıb. Bu hadisə dünya ölkələrinin etirazına səbəb olub.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: İrlandiya   İsrail   Qüds  





Xəbər lenti