Ali məktəblərə qəbulla bağlı yenilik - Nazir təkliflər hazırlayıb
"Hazırlanmış təkliflər Milli Məclisə də təqdim olunacaq. Respublika fənn olimpiada qalibləri çox yüksək hazırlığa malikdirlər. Hazırda dünya fənn olimpiada qalibləri müvafiq ixtisaslara müsabiqədən kənar qəbul oluna bilirlər. Şagirdlərin olimpiadada iştirakını stimullaşdırmaq üçün dünya fənn qaliblərinin istənilən ixtisas, respublika fənn olimpiada qaliblərinin isə qəbul olduqları fənn üzrə ali məktəblərə müsabiqədən kənar qəbul olunması onlar üçün stimullaşdırıcı rol oynaya bilər. Buna görə də bu məsələ ilə bağlı təkliflər hazırlamışıq".
C.Bayramov bildirib ki, xüsusi istedadlı şagirdlər üçün liseylərin sayını artırılması planlaşdırılır.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təhsil-Nazirliyi Ceyhun-Bayramov