Mahmud Abbasa 2 gün vaxt verildi

Mahmud Abbasa 2 gün vaxt verildi
  15 May 2018    Oxunub:1532
Fələstin Milli Şurası ölkə lideri Mahmud Abbasa 2 gün ərzində İsrailin tanınmasını ləğv etməyi tapşırıb.
AzVision.az RİA Novosti xəbər verir ki, bu barədə Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl məlumat verib.

Nofəlin sözlərinə görə, Fələstin Milli Şurası Mahmud Abbası yenidən formalaşdırılan İcraiyyə Komitəsinə növbəti dəfə üzv seçib və onun qarşısında vəzifə qoyub ki, İsrailin dövlət kimi tanınmasına dair qərarını 2 gün ərzində geri çəksin.

“Bu, Fələstin rəhbərliyinin nəinki öz xalqına, o cümlədən ərəb dövlətlərinin liderlərinə mesajı olacaq” – deyə Nofəl bildirib.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsilə bağlı 10 mindən çox fələstinlinin Qəzza zonasındakı etirazını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 59 fələstinli ölüb, 2771 nəfəri yaralanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Fələstin   İsrail  





Xəbər lenti