Fransa iqtisadi maraqlarını ABŞ-dan üstün tutur

Fransa iqtisadi maraqlarını ABŞ-dan üstün tutur
  15 May 2018    Oxunub:1572
“ABŞ-ın İranın nüvə proqramına dair hərtərəfli müştərək fəaliyyət planından çıxmasından sonra rəsmi Paris öz iqtisadi maraqlarının təmin olunmasına çalışacaq”.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer nazirlikdə fransalı sahibkarlarla keçirdiyi görüşdə deyib.

“Fransa xarici işlər naziri Jan-İv le Drianla birgə biz ölkə prezidentinin göstərişinə əsasən iqtisadi maraqlarımızın təmin olunması yönündə tam qərarlıyıq”

Bildirib ki, rəsmi Paris ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaların eksterritorial xarakterli olmasını dəstəkləmir: “Müxtəlif sahələrdəki şirkətlər artıq İrana investisiya yatırıblar və bu səbəbdən bağlanmış müqavilələr yerinə yetirilməlidir.”

Xatırladaq ki, daha öncə Fransanın iqtisadiyyat və maliyyə naziri mayın sonunda almaniyalı və britaniyalı həmkarlarıı ilə görüşüb Avropanın iqtisadi müstəqilliyini və ABŞ-ın sanksiyalarına qarşı cavab tədbirlərini müzakirə edəcəklərini bəyan etmişdi.

Nüvə sazişindən çıxmaqla ABŞ-ın İrana qarşı saksiyaları bərpa etməsi Airbus, Siemens, Peugeot-Citroen, Renault, Total, Eni, Danieli kimi bir sıra iri Avropa şirkətlərinin biznesinə mənfi təsir edəcək.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Fransa   ABŞ  





Xəbər lenti