700 bal toplayan abituriyent: “Repetitor yanına getməmişəm”

700 bal toplayan abituriyent: “Repetitor yanına getməmişəm”
  15 May 2018    Oxunub:110243
“Xəbəri eşidəndə çox həyəcanlandım. Sual kitabçasına əsasən 700 bal toplayacağımı bilirdim. Lakin yenə də ehtiyyat edirdim”.
Bu sözləri AzVision.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) 3-cü ixtisas qrupunun abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 700 bal toplayan Bakı şəhəri Nəsimi rayon Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə deyib.



Zeynəb sənədlərini Azərbaycan Diplomatik Akademiyasına verəcəyini bildirib: “Hüquqşünaslıq fakültəsində təhsil almaq istəyirəm. Nə repetitor yanına, nə də kursa getmişəm. Məktəbimizdə təhsil yaxşı olduğu üçün hazırlığa getmədim. Məktəb təhsili ilə 700 bal toplamışam”.



Qeyd edək ki, Zeynəb Quluzadə 11 il ərzində əla qiymətlərlə oxuduğu üçün Təhsil Nazirliyinin qızıl medalına namizəddir.

Aytən Zəhra
AzVision.az



Teqlər: DİM   İmtahan   700-Bal  





Xəbər lenti