Belçika Qəzzada baş verənləri HƏMAS-ın üstünə atdı

Belçika Qəzzada baş verənləri HƏMAS-ın üstünə atdı
  15 May 2018    Oxunub:1458
Rəsmi Brüssel Qəzzada İsrail hərbçiləri tərəfindən 59 dinc fələstinlinin öldürülməsini HƏMAS-ın təxribatı adlandırıb.
AzVision.az xəbər verir ki, bu barədə Belçikanın xarici işlər naziri Didye Reynders "La Première" radiostansiyasının efirində deyib.

O, həmçinin, İsrail ordusunun güc tətbiq etməsinə münasibət bildirib: “HƏMAS ABŞ səfirliyinin Qüdsdə açılmasına qarşı məsuliyyətsiz şəkildə nümayişçilər göndərməklə təxribata əl atıb. İsrail hərbçiləri isə tamamilə qeyri-bərabər şəraitdə nümayişçilərə qarşı gücdən istifadə edib”.

Belçikalı nazir insanların ölümü ilə nəticələnən hadisənin beynəlxalq təhqiqatına çağırış edib. Təklif edib ki, baş verənlərə qarşı Avropa İttifaqı vahid münasibət formalaşdırmalı və bu, İsrail və Fələstini paytaxtları Qüdsdə yerləşən iki dövlət prinsipi əsasında danışıqlar prosesinə qaytarmağa istiqamətlənməlidir.

AzVision.az


Teqlər: Belçika  



Xəbər lenti