ABŞ İrana qarşı sanksiyaları genişləndirdi

ABŞ İrana qarşı sanksiyaları genişləndirdi
  16 May 2018    Oxunub:1457
İranın Mərkəzi Bankının sədri Vəliyulla Seyfin adı ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi bəyanat yayıb. Seyfin İran İnqilab Keşikçiləri Korpusunu dəstəklədiyinə görə “qara siyahı”ya daxil edildiyi bildirilib.

Bundan başqa sanskiya siyahısına bir İran və bir İraq vətəndaşının adları əlavə olunub.

Livan vətəndaşının adı siyahıya ABŞ-ın terrorçu qruplaşma hesab etdiyi İranyönümlü “Hizbullah” hərəkatını dəstəklədiyinə görə daxil edilib.

AzVision.az


Teqlər: ABŞ   İran   Sanksiya  





Xəbər lenti