700 bal toplayan qız xaricdə oxumaq istəyir, amma... - FOTO

700 bal toplayan qız xaricdə oxumaq istəyir, amma... - FOTO
  16 May 2018    Oxunub:50675
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbi (akademik Zərifə Əliyeva adına) və Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunları), III ixtisas qrupu üzrə isə 5 abituriyent (Bakı şəhəri, 45 saylı orta məktəb, 89 saylı orta məktəb, 214 saylı orta məktəb, Bakı Türk liseyi (Türkiyə Dəyanət Vəqfi) və Texniki humanitar liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

AzVision.az-ın məlumatına görə, rekorda imza atan abituriyentlərdən biri Bakı şəhər 89 saylı orta məktəbin şagirdi Şayxanım Həsənovadır. O, bütün suallara düzgün cavab taparaq maksimum nəticəni göstərib.

Şayxanım Həsənova indiyədək sınaq imtahanlarında heç vaxt 700 bal toplamayıb. O, AzVision.az-a bildirib ki, bu vaxtadək maksimim 668 bal toplamağı bacarıb. Dediyinə görə, çox vaxt həyəcandan bildiyi sualları da duzgün yaza bilməyib.

“Son imtahanda özümə söz vermişdim ki, ciddi hazırlaşacağam. Son ana qədər çalışdım, 700 bal toplamağı çox istəyirdim. Hazırlıqlara getmişəm. Fənn olimpiadalarında iştirak etmişəm. Tarix fənnindən Respublika mərhələsinə qədər keçsəm də, son mərhələdə sualların tarixlə əlaqəsizliyi ucbatından yer tuta bilmədim. Məktəbdə bütün qiymətlərim "5" olub. Qüvvəmi oxumağa səfərbər etmişəm, saxtakarlıqla qiymət almamışam”.

Ş.Həsənova xaricdə təhsil almaq istəsə də, ailəsinin maddi durumu buna imkan vermir:

"Biz 4 uşağıq və ailəmizin imkanı xaricdə təhsil almağıma imkan vermir. Amma həmişə düşünmüşəm ki, xaricdə təhsil alacağam. İnanıram ki, dövlət gələcəkdə bu imkanı mənə yaradacaq. Seçimim hüquqşünaslıq fakültəsi üzrə olacaq, Hansı universitetdə oxuyacağıma qərar verməmişəm. Seçim etməzdən əvvəl müəllimimlə məsləhətləşəcəyəm”.



Aytən Zəhra
AzVision.az


Teqlər: 700-Bal  





Xəbər lenti