Bu gün Avroliqanın finalıdır

Bu gün Avroliqanın finalıdır
  16 May 2018    Oxunub:1682
Bu gün UEFA Avropa Liqasınında mövsümün qalibi məlum olacaq.
AzVision.az xəbər verir ki, finalda “Atletiko Madrid” “Marsel”lə qarşılaşacaq. Final oyunu Lionda keçiriləcək.

Qeyd edək ki, “Atletiko” üçüncü dəfə Avroliqada final həyəcanı yaşayacaq. İspaniya təmsilçisi 2009/2010 və 2011/12 mövsümündə qitənin ikinci dərəcəli klub turnirinin qalibi olub.

“Marsel” isə Avroliqa hələ UEFA Kuboku adlandığı zaman iki dəfə finalda meydana çıxıb. Amma 1999-cü ildə, həm də 2004-cü ildə Fransa klubu kuboka həsrət qalıb.

AzVision.az


Teqlər: Avroliqa  





Xəbər lenti