Qəzetlərimiz nədən yazır

Qəzetlərimiz nədən yazır
  05 Mart 2013    Oxunub:1702
Gündəm Xəbər

Rüstəm İbrahimbəyov “azəri baharı” nın anonsunu verdi

Dünya şöhrətli kino xadimi Rüstəm İbrahimbəyovun qan daman sonuncu yazısı İlham Əliyevin 2013 seçkilərində alternativi Rusiya olacağına şübhə yeri qoymur. “2013-cü ilin ilk iki ayında baş verən hadisələr göstərdi ki, Azərbaycanda hakimiyyətlə xalqın qarşıdurması güclənir. Rayonlarda kütləvi çaxnaşmalar, Bakıda gənclərin etiraz nümayişləri hakimiyyətin sərt cavab reaksiyasına səbəb olur. Amma mənasız, kobud şəkildə saxtalaşdırılmış ittihamlar əsasında çoxsaylı həbslər, cinayət təqibləri, kütləvi informasiya vasitələrində böhtan kampaniyaları - bütün bu cəza tədbirləri vəziyyəti daha da ağırlaşdırır və ölkəni nəticələrini proqnozlaşdırmaq mümkün olmayan genişmiqyaslı partlayışa sürükləyir. Mən bir aya yaxındır ki, xaricdəyəm. ABŞ-da, Rusiyada, Fransada, Gürcüstanda mədəniyyət, incəsənət və siyasət xadimləri ilə görüşdükcə, xaricdə Azərbaycan hakimiyyətinin nüfuzunun çox aşağı olduğundan əmin oluram. Dünya ictimaiyyəti kütləvi informasiya vasitələrində çoxsaylı nəşrlərdən ölkəmizdə nələr baş verdiyi barədə yaxşı məlumatlanıb. Çoxları ölkəmizdə mövcud olan rejimin cinayətkar xarakterli olduğunu anlayır və “Neçə illərdir niyə dözürdünüz? Ziyalılarınız haradadır? Niyə susurdu?” sualları ilə qarşılaşdıqda qeyri-iradi olaraq utanc hissi keçirirəm”. Əminəm ki, dünya ictimaiyyətinə müraciət etsək, bizə də seçkilərin keçirilməsində köməklik göstəriləcək. Ən yaxın günlərdə ölkənin bütün demokratik qüvvələrinin adından bunu etmək lazımdır. Fikrimcə, artıq Milli Şuranın tərkibinin formalaşdırılmasına başlamağın da vaxtı gəlib. Ölkənin aparıcı ictimai-siyasi qüvvələrinin nümayəndələri bu şuranın formalaşdırılması ideyasını dəstəkləyir. Milli Şuraya partiya mənsubiyyətindən, vəzifəsindən və ideoloji əqidəsindən asılı olmayaraq, xalqın etimadını qazanmış şəxslər daxil olmalıdır. (Milli Şuranın işinə Azərbaycan hüdudlarından kənarda yaşayan insanlar da cəlb edilə bilər). Milli Şuranın say tərkibi onun formalaşdırılması prosesində, regionların nümayəndələri nəzərə alınmaqla müəyyən ediləcək. Təkrar edirəm, əsas seçim meyarı ictimai nüfuz və Konstitusiya normalarına uyğun yaşayan dövlət yaradılmasında iştirak etməyə hazırlıq olacaq”. Bunu Rüstəm İbrahimbəyov məqaləsində bildirib.



Yeni Müsavat

Elşad Abdullayev Fransanın Bakıdakı səfirliyinə müraciət etdi

Martın 4-də ABU-nun sabiq rektoru Elşad Abdullayev növbəti müraciətini yayımlayıb. Eyni müraciət qəzetimizlə yanaşı Fransanın Azərbaycandakı səfirliyinə də göndərilib. Müraciətdə fransız alimi Gi Brebanın “Fransanın inzibati hüququ” kitabının E.Abdullayev tərəfindən oğurlanması iddialarına sabiq rektorun cavabı yer alıb. Xatırladaq ki, bu iddianın müəllifi “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilidir və sonuncu bununla bağlı müəyyən addımlar atıb. E.Abdullayev yazıb ki, bu iddianın müəllifləri hüquqi baxımdan savadsızdır. Onun bildirdiyinə görə, mübahisəli kitab mənbə kimi və ədəbiyyat siyahısında qeyd olunsa, həmin nəşr plagiat hesab edilmir. Sabiq rektor bu kitabın Fransa ilə əlaqələri gücləndirdiyini vurğulayıb. “Lakin Fransa ilə əlaqələrin daha da yaxınlaşması Azərbaycanda bəzi vəzifəli şəxslər tərəfindən qısqanclıq hissi ilə qarşılanır” - deyə yazan E.Abdullayev daha sonra qardaşı Mahir Abdullayevin oğurlanması, bu prosesdən sonra rəhbərlik etdiyi universitetin əlindən alınması üçün edilən cəhdlər barədə də danışıb. Sabiq rektor ondan Fransa səfirliyinə şikayət edən Asif Məmmədov (Mərzili) barədə də səfirliyə məlumat verib. E.Abdullayev yazıb ki, A.Mərzili Mətbuat Şurasının qərarına görə reket jurnalistdir, rəhbərlik etdiyi “Təzadlar” qəzeti isə qurumun “qara siyahısı”ndadır.

Hafiz Hacıyev icra başçısı olan qohumu haqda çox şey bilir

Son vaxtlar haqqında ən çox mənfi yüklü xəbərlər yayılan məmurlardan biri İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevdir. Vilyam Hacıyev prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevin yaxın qohumudur. V.Hacıyev barədə yayılan məlumatlara H.Hacıyevin münasibətini öyrənmək üçün onunla əlaqə saxladıq. Hafiz Hacıyev isə artıq hər hansı fikir bildirmək istəmədiyini dedi. Lakin o bildirdi ki, Mən bu adam haqda çox şeyləri bilirəm. İndi onların hamısını desəm, məncə, seçki öncəsi başqa cür qarşılanar. Mən cənab prezidentin harınlamış icra başçıları barədə 12 fevralda ortaya qoyduğu mövqeyi dəstəkləyirəm. Prezidentin həmin mövqeyi ortaya qoymasından sevinirəm ki, mənim bir neçə il öncə dediklərim gəlib öz təsdiqini tapır.


Azadlıq

Bəxtiyar Sadıqov Elşad Abdullayevə cavab hazırlayır

Elşad Abdullayev mətbuata sonuncu açıqlamasında bildirib ki, mərhum prezident Heydər Əliyevin göstərişi və onun qardaşı, mərhum akademik Aqil Əliyevin xahişi ilə 2002-ci ildə indiki dövlət başçısı İlham Əliyev haqqında kitab buraxdırıb. Lakin “Azərbaycan” qəzetində həmin kitabın əleyhinə kampaniya aparılıb. “İlham Əliyevin dövlət quruculuğu” adlı kitabdan bəhs edən E.Abdullayev "Bəxtiyar Sadıqovla iş otağında görüşdük, o, mənə kampaniya sifarişinin yuxarıdan gəldiyini bildirdi" - deyə, qeyd edib. "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Açıqlamasında E.Abdullayevin onun barəsində səsləndirdiyi fikirlərə cavab verəcəyini dedi: "Elşad Abdullayevə geniş cavab hazırlamışam. Fikirlərim məqalə şəkilində sabah "Azərbaycan" qəzetində dərc olunacaq. İndidən danışsam, yazıya maraq azalar. Qoy, məqalə çıxsın, sonra danışarıq".

"Azadlıq"ın əməkdaşı Xarici İşlər Nazirliyini məhkəməyə verir

"Azadlıq" qəzetinin əməkdaşı Seymur Həziyev Xarici İşlər Nazirliyini məhkəməyə verəcək. Bu barədə məlumat verən jurnalist bildirib ki, hazırda məsələ ilə əlaqədar vəkil Rəşid Hacılı ilə məsləhətləşmələr aparır. Xarici İşlər Nazirliyilə jurnalist arasında problemə gəlincə, Seymur Həziyev bildirib ki, "Azadlıq" qəzeti onu Ankarada fəaliyyət göstərmək üçün təyin edib və buna dair təyinat məktubunu nazirliyə göndərib. Lakin məktub nazirlikdə yoxa çıxıb. Belə olan halda, redaksiya Xarici İşlər Nazirliyinə ikinci məktubu göndərib. Amma yenə də nazirlik nəzərdə tutulan müddətdə məktubu Azərbaycanın Türkiyədəki səfirliyinə göndərməyib. Jurnalist onu da əlavə edib ki, Azərbaycanda məhkəmə sisteminin hakimiyyətdən asılı olduğunu və bu cür işlərdə qərarların siyasi sifarişlə çıxarıldığını nəzərə alaraq, ölkə daxilində ədalətli nəticəyə ümid etmir.

Gündəlik Bakı

Məmurlara nəzarət edəcək qurum yaradılacaq

Prezident yanında İctimai Şura yaradılacaq və idarəetməyə nəzarət edərək president üçün hesabat hazırlayacaq. Quruma QHT təmsilçilərinin, deputatların, müstəqil ekspertlərin, müxtəlif sahələr üzrə ekspertlərin, gənc kadrların cəlb olunacağı bildirilir. Ölkədə idarəetmə sahəsindəki problemlər, məmur özbaşınalıqları hökuməti ciddi narahat edir və bu qurum vəziyyətin yaxşılaşdırılmasına kömək edə bilər.

Unikal

İlqar Abbasovun feodal mülkü

Suraxanı icra başçısı İlqar Abbasov Suraxanı rayonunda özünəməxsus şəkildə diktatura qurub və rayon sakinləri onun burada həyata keçirdiyi qanunsuz əməllərdən danışmağa cəsarət etmirlər. Sakinlər icra başçısının adını çəkməyə, onun fəaliyyəti haqqında danışmağa çəkinirlər. O biri məlumata əsasən icra başçısı İlqar Abbasov neft buruqlarını qanunsuz satır. Suraxanı bazarına icra başçısına yaxın şəxslərdən biri sahiblik edir.

İrandan növbəti romantik yalan

İran mətbuatında Azərbaycanla bağlı təhrif edilmiş məlumatların yer almasına, sədəcə, adət etmişik və bu günlərdə belə yalanlardan biri də ayaq açıb üstümüzə gəlmək istəsə də. . . Belə ki, İran İslam İnqilabi Keşikçilər Korpusunun sabiq komandanı Möhsün Rzayı İran saytında bildirib ki, İran Qarabağda ermənilərə qarşı ön cəbhədə döyüşüb, şəhid verib. Azərbaycan ordusunu milyardlarla dollarlıq silah və hərbi təhcizatla təmin edib. Lakin Azərbaycan Respublikasındakı Qərbə və İsrailə bağlı medialar Qarabağda İranın Azərbaycanı himayə etmədiyini, hətta Ermənistana yardım göstərdiyini iddia edərək, İranı qaralamağa çalışırlar. Belə bir böhranla İranı müsəlman cəmiyyətində pisləyirlər”. Azərbaycan Respublikasının keçmiş müdafiə naziri Rəhim Qaziyevin sözlərinə görə: “İran tərəfi açıq və ya gizli şəkildə heç bir formada Dağlıq Qarabağ müharibəsində iştirak etməyib!”. Keçmiş AXC-nin Naxçıvan MR təşkilatının keçmiş sədri Asəf Quliyev bildirdi ki: “İran əsgərlərinin Qarabağ müharibəsində ermənilərə qarşı vuruşmasıgerçəkliyə əsaslanmayan mülahizədir”.

Zerkalo

Россия предъявляет ещё одну «желтую карточку» Азербайджану

Глава МИД Азербайджана Эльмар Мамедъяров в субботу обсудил в Париже вопросы карабахского урегулирования с сопредседателями Минской группы ОБСЕ. Э.Мамедъяров выразил обеспокоенность Азербайджана сложившейся ситуацией вокруг урегулирования армяно-азербайджанского конфликта. Сопредседатели со своей стороны также заявили о недопустимости сохранения сложившегося в регионе статус-кво. Президент России Владимир Путин после возвращения в Кремль в публичном режиме вообще “не замечает” существования карабахского конфликта. Командующий Воздушно-десантными войсками России генерал-полковник Владимир Шаманов накануне заявил, что в случае необходимости подконтрольные ему войска могут быть направлены для выполнения боевых задач в качестве сил быстрого реагирования в Армению, Кыргызстан и Таджикистан. Таким образом, почти все российские политологи сходятся в том, что эти заявления Владимира Шаманова – еще одна “желтая карточка”, предъявленная Азербайджану.


Teqlər:  





Xəbər lenti