Ağsu şəhərindəki 3 saylı seçki məntəqəsində səs verən 83 yaşlı Almaz Nuriyeva qadınların fəallığını onların müstəqil Azərbaycana, onun işıqlı gələcəyinə olan istəkləri, sonsuz məhəbbətləri ilə əlaqələndirərək qeyd etdi ki, “Artıq ömrümün xəzan dövrünü yaşayıram. Biz anayıq. Ana olan hər kəs azadlığın, dincliyin və firavanlığın nə qədər əhəmiyyət kəsb etdiyini yaxşı bilir. Bax, ona görə də növbəti 5 ildə bu dinclik və firavanlığımız bizi layiq bildiyimizə səs verməyə çağırır”.
Oktyabrın 9-da ahıllar da, səsvermə hüququ olan gənc qızlar da səsverməyə həvəslə gəlir, heç bir maneə olmadan sərbəst şəkildə öz namizədlərinə səs verirdilər.
Səsvermə bütün məntəqələrdə qanun pozuntusu olmadan, insidentsiz keçib. Prosesi ayrı-ayrı siyasi partiyalardan, habelə öz təşəbbüsü ilə 605 nəfər yerli müşahidəçi izləyib. Səsvermənin gedişini, həmçinin ATƏT-dən, MDB ölkələrindən və sair dövlətlərdən 5 müşahidəçi izləyib.