Şimali Koreya ABŞ-a şərt qoydu

Şimali Koreya ABŞ-a şərt qoydu
  16 May 2018    Oxunub:1165
Əgər rəsmi Vaşinqton Pxenyanı yalnız nüvə silahından imtinaya məcbur etməyə çalışsa, Şimali Koreyanın danışıqlara marağı itəcək.
AzVision.az "Renhap" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Şimali Koreya xarici işlər nazirinin birinci müavini Kim Qyo Qvan deyib:

“Əgər ABŞ birtərəfli qaydada bizi küncə sıxışdırmağa və nüvə silahından imtinaya məcbur etsə, biz danışıqlarla maraqlanmayacağıq.”.

Kim Qyo Qva bildirib ki, qarşıdakı ABŞ-Şimali Koreya sammitinə necə münasibət göstərmək məsələsinə Pxenyan yenidən baxmalı olacaq.

O, həmçinin, ABŞ-ı danışıqlarda səmimi niyyətlərlə iştiraka dəvət edib: “Belə olarsa, Şimali Koreyadan da buna müvafiq cavab gələcək”.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Sara Sanders Şimali Koreyanın qarşıdakı sammiti ləğv edə biləyi ilə bəyanatını nəzərdən keçirdiklərini deyib.

Leyla Elbrusqızı
AzVision.az



Teqlər: Koeya   ABŞ   Nüvə  





Xəbər lenti