Əfqanıstanda 300 "Taliban" üzvü məhv edilib

Əfqanıstanda 300 "Taliban" üzvü məhv edilib
  16 May 2018    Oxunub:1272
Əfqanıstanın qərbində "Taliban" terror təşkilatının 300 silahlısı məhv edilib. Terrorçularla döyüşdə Əfqanıstanın 15 hərbçisi və 10 polisi həlak olub.
AzVision.az xəbər verir ki, bu barədə "Tolo News" telekanalı Fərəh əyalətinin qubernatoru Abdulla Basir Salanqiyə istinadən məlumat yayıb.

Qeyd edək ki, dünən səhər saatlarında Fərəh əyalətinə hücum edən 2 min "Taliban" hökumət qüvvələrilə silahlı qarşıdurmaya girib. Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcibə Daniş bildirib ki, terrorçular heç bir hökumət binasını ələ keçirə bilməyib. Əfqanıstandakı NATO missiyasının komandanlığı isə bəyan edib ki, ölkənin güc strukturları ABŞ hərbi hava qüvvələrinin dəstəyilə "Taliban" hərəkatının hücumunu dəf edib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti