"İranla nüvə sazişi ideal deyil" - Merkel

"İranla nüvə sazişi ideal deyil" - Merkel
  16 May 2018    Oxunub:1361
"İranla nüvə sazişi ideal olmasa da, onu indi ləğv etmək düzgün deyil"
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bu gün bundestaqdakı çıxışnda deyib.

“İranla nüvə sazişini hər cür adlandırmaq olar, bircə “ideal”dan başqa. Amma Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatlarına əsasən, İran bu saziş çərçivəsindəki öhdəliklərinə əməl edir. İranla nüvə sazişi BMT Təhlükəsizlik Şurası tərəfindən yekdilliklə təsdiqlənib və ona görə də biz – Böyük Britaniya, Fransa və Almaniya, həmçinin, bizimlə yanaşı Avropa İttifaqının digər üzvləri indiki şəraitdə bu razılaşmanı ləğv etməyi düzgün hesab etmirik.” – deyə Merkel vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Almaniya   Merkel  





Xəbər lenti