“OpinionWay” exit-pollun nəticəsini açıqladı

“OpinionWay” exit-pollun nəticəsini açıqladı
  10 Oktyabr 2013    Oxunub:943
Fransanın “OpinionWay” Tədqiqat İnstitutunun Azərbaycandakı prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələri açıqlanıb.

“Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının sifarişi ilə Fransa Respublikasında fəaliyyət göstərən “OpinionWay“ Tədqiqat İnstitutu 64 DSK üzrə 99 məntəqədə “exit-poll” keçirib.

“Exit-poll”da 4701 respondent iştirak edib. Metodologiyaya uyğun olaraq seçki məntəqəsindən çıxan vətəndaşlar onlara təqdim olunan anketi özləri dolduraraq şəffaf qutuya salıblar. “Exit-poll”da iştirak edən seçicilərin anonimliyi təmin edilib. Şəffaf qutular səsvermə günü ərzində 4 dəfə (saat 12.00; 15.00; 17.00; 19.00) açılıb və məlumatlar mərkəzə ötürülüb.

Qeyd edək ki, prezident seçkilərinin şəffaf, azad, ədalətli və dünyada qəbul olunan demokratik standartlara uyğun şəkildə keçirilməsinə yardım göstərilməsi məqsədilə Fransada fəaliyyət göstərən “OpinionWay” Tədqiqat İnstitutunu “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası “exit-poll” keçirilməsi üçün Azərbaycana dəvət edib. Bu ilin iyul ayının əvvəlindən “OpinionWay” Tədqiqat İnstitutu ilə danışıqlara start verilib və avqust ayının sonunda tərəflər arasında müqavilə imzalanıb.

“OpinionWay“ Tədqiqat İnstitutu seçkiqabağı vəziyyətin öyrənilməsi məqsədilə 23-29 sentyabr 2013-cü il tarixdə bütün ölkə üzrə 1000 nəfər arasında ictimai rəy sorğusu keçirmişdi. Sorğuda iştirak edən və “Əgər seçkilər bu gün keçirilsəydi, kimə səs verərdiniz?” – sualını cavablandıran respondentlərin 79,9% İlham Əliyevə səs verəcəklərini bildirmişdilər (APA).


Teqlər:  





Xəbər lenti