Daha bir ölkə Qüdsdə səfirlik açdı

Daha bir ölkə Qüdsdə səfirlik açdı
  16 May 2018    Oxunub:1363
ABŞ-dan sonra Qvatemala da İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, səfirliyin Qüdsdəki yeni binasının bu gün baş tutan açılış mərasimində Qvatemala prezidenti Cimmi Morales və İsrailin baş naziri Benyamin Netanyahu iştirak ediblər.

Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi beynəlxalq ictimaiyyətin etirazına səbəb olmuşdu.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qüds   Səfirlik  





Xəbər lenti