İrəvanda etirazçılar meriyanın binasına hücum edib

İrəvanda etirazçılar meriyanın binasına hücum edib
  16 May 2018    Oxunub:1924
İrəvan meri Taron Marqaryanın istefasını tələb edən etirazçılar meriyanın binasını ələ keçiriblər.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, binaya daxil olan nümayişçilər merin şəxsi otağına girməyə çalışıblar. Lakin polis və meriyanın əməkdaşları onların qarşısını kəsə bilib.
Etirazçılar İrəvan merini qeyri-effektiv fəaliyyətdə və vətəndaşlar qarşısında hesabat verməməkdə ittiham ediblər. Onlar xüsusən də, meriya binasının yaxınlığında ağacların kəsilərək, yerində park salınmasına etirazlarını bildiriblər.



Qeyd edək ki, İrəvanın hazırkı meri Taron Marqaryan Ermənistanın sabiq baş naziri, Respublikaçılar partiyasının üzvü Andranik Marqaryanın oğludur. Taron Marqaryan 2011-ci ildən İrəvanın meri vəzifəsini icar edir. Ermənistanda etirazçılar Serj Sərkisyanı devirdikdən sonra, onun başçılıq etdi Respublikaçılar partiyasından olan yarıtmaz və korrupsioner məmurların da vəzifədən getmələrini tələb edirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Etiraz  





Xəbər lenti