İrəvanda Paşinyana qarşı etirazlar başladı

İrəvanda Paşinyana qarşı etirazlar başladı
  16 May 2018    Oxunub:9010
İrəvanda Ermənistan baş nazirinin iqamətgahı qarşısında etiraz aksiyaları başlayıb. Binanın önünə yığışan hərbi komissarlıqların əməkdaşları Paşinyandan kütləvi istefalara gətirib çıxaran optimallaşma prosesinin ləğvini tələb edirlər.
.AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir iqamətgahının yerləşdiyi Baqramyan prospektində taksi sürücüləri yolu qismən bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər.

Aksiya iştirakçıları lisenziyalaşdırma prosesinin sadələşdirilməsi və qaydaya salınmasını, yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələrin bağışlanmasını, həmçinin İrəvanda avtomobil parketmə xidmətlərinin ödənişsiz olmasını tələb edirlər.



Maşın idxalçıları da etiraz aksiyalarına qoşulublar. Onların tələbi gömrükdə rəsmiləşdirmə prosesinin 10 gündən daha çox müddətə uzadılmasıdır. Etiraz aksiyasının iştirakçıları baş nazir Nikol Paşinyanın nümayəndələri ilə görüşməyi tələb edirlər.

Erməni ekspertlərin fikrincə, Paşinyan seçim qarşısında qalıb. Onu hakimiyyətə gətirən xalqın tələblərini yerinə yetirməsə, çətin vəziyyətə düşəcək. Tələbləri yetinə yetirdikdə isə, qanunları pozmuş olacaq.

Leyla Elbrusqızı
.AzVision.az


Teqlər: Ermənistan   İrəvan   Paşinyan   Etiraz  





Xəbər lenti