Fələstin Avropa ölkələrindəki səfirlərini geri çağırdı

Fələstin Avropa ölkələrindəki səfirlərini geri çağırdı
  16 May 2018    Oxunub:1284
Fələstin Macarıstan, Rumıniya, Avstriya və Çexiyadakı səfirlərini geri çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə Fələstin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Səfirlərin geri çağırılmasının səbəbi kimi, ABŞ-ın İsraildəki səfirliyini Qüdsə köçürməsilə əlaqədar, rəsmi tədbirdən 1 gün əvvəl həmin Avropa ölkələrinin nümayəndələrinin İsrailin baş naziri Benyamin Netanyahunun təşkil etdiyi qəbulda iştirak etmələridir.

Qeyd edək ki, Vaşinqtonun İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsi ilə əlaqədar, Fələstin bundan öncə ABŞ-dakı səfirliyini də geri çağırıb.

Mayın 14-də ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 61 fələstinli ölüb, 2771 nəfəri yaralanıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Fələstin   ABŞ  





Xəbər lenti