ABŞ-müşahidəçiləri: “Seçkilər şəffaf və azad keçirilib”

ABŞ-müşahidəçiləri: “Seçkilər şəffaf və azad keçirilib”
  10 Oktyabr 2013    Oxunub:843
ABŞ-dan olan müşahidəçilər qrupu prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
AzVsison.az APA- ya istinadən xəbər verir ki, bəyanatı təqdim edən Texas ştatından keçmiş konqresmen Solomon Ortiz qeyd edib ki, 48 nəfərdən ibarət qrupa keçmiş konqresmenlər və jurnalistlər daxil olub.

Müşahidələr zamanı amerikalı müşahidəçilər 200-ə yaxın məntəqədə olub. Onların fəaliyyət göstərməsi üçün sərbəstlik təmin olunub. Qrupun müşahidələrinə görə, seçkilərdə yüksək seçici fəallığı olub, seçki məntəqələrdə 100 veb kamera quraşdırılıb.

Sonra S.Ortiz bildirib ki, müşahidəçilər qrupunun qənaətinə görə, seçkilər şəffaf və azad şəkildə keçirilib.


Teqlər:  





Xəbər lenti