Tehranda ABŞ əleyhinə kütləvi aksiya keçirilib

Tehranda ABŞ əleyhinə kütləvi aksiya keçirilib
  17 May 2018    Oxunub:1312
Tehranda ABŞ-ın səfirliyinin İsrailin paytaxtı Təl-Əvivdən Qüdsə köçürməsinə etiraz olaraq kütləvi aksiya keçirilib.
AzVision.az xəbər verir ki, aksiya iştirakçıları ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısına toplanaraq “Fələstinə azadlıq” şüarlarını səsləndiriblər. Etirazçılar fələstinlilərə qarşı zorakılığın tətbiq edilməsinə etirazlarını bildiriblər.

Xatırladaq ki, mayın 14-də ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 61 fələstinli ölüb, 3 minə yaxını yaralanıb.

AzVision.az


Teqlər: Tehran   ABŞ   Etiraz  





Xəbər lenti